Pompeo: Amerika hökuməti də "əsrin sövdələşməsi"nə inanmır
-
Pompeo: Amerika hökuməti də "əsrin sövdələşməsi"nə inanmır
ABŞ-ın dövlət katibi xüsusi bir məclisdə deyibdir ki, böyük ehtimala qarşı "əsrin sövdələşməsi" planı nəticəsiz qalacaqdır.
ABŞ-ın dövlət katibi Mayk Pompeo son zamanlar xüsusi bir məclisdə bəzi sözlər söyləyibdir və bu sözlər göstərir ki, hətta Ağ Ev rəsmiləri, o sıradan onun özü "əsrin sövdələşməsi" planına o qədər də inanmırlar. Zira çoxları bu planı birtərəfli və sionist rejimin maraqlarının təminedicisi hesab edirlər.
Pompeo əlbəttə ümidvarlıq edibdir ki, fələstinlilər dərhal bu planı rədd etməyəcəklər.
Pompeo etiraf edibdir ki, Amerikanın hazırkı hökumətinin bu düyünü aça bilməsi üçün heç bir zəmanət yoxdur. Amma o, ümid etdiyini bildiribdir ki, "hamı ciddi tərzdə anlaşacaqdır".
ABŞ-ın dövlət katibi sonra bu planın birtərəfli olduğunu etiraf edib və deyibdir ki, bu, yalnız sionistlərin sevə biləcəkləri bir saziş olacaqdır.
Amerikan "əsrin sövdələşməsi" planına əsasən, Qüdsi-Şərif sionist rejimə veriləcək, digər ölkələrdəki fələstinli didərginlərin qayıdış haqları olmayacaq və Fələstin yalnız İordan çayının qərb sahilində və Qəzzə zolağındakı yerdə qalan ərazilərin mülkiyyətinə malik olmuş olacaqdır.
ABŞ prezidenti Donald Tramp və Ağ Ev-in digər üzvləri amerikan "əsrin sövdələşməsi" planının yeganə himayədarlarıdırlar.
Müxtəlif fələstinli qruplar və Fələstin muxtariyyəti də "əsrin sövdələşməsi" planı ilə müxalifət ediblər.