YUNİSEF: Yəmənlilərə yardım mümkünsüz olubdur
İyun 30, 2019 21:34 Asia/Baku
BMT-nin uşaq fondu- YUNİSEF səudların icbari savaşında Yəmənin ağır durumuna işarə edərək, xəbərdarlıq edib ki, həmin ölkənin xalqına zəruri yardımlar mümkünsüz olubdur.
YUNİSEF bu gün bir hesabatda bildirib ki, Yəmən savaşı beşinci ilə daxil olub və səudların qırıcıları hər gün bu ölkənin müxtəlif məntəqələrini bombalayırlar. Belə ki, bu hücumlar nəticəsində Yəmənin bir çox infrastrukturları məhv olubdur.