Amerikada Trampın mühacirət siyasətinə qarşı aksiya keçirilib
Amerika prezidenti Donald Trampın mühacirət siyasətinə etiraz edənlər cümə günü bu ölkə hökumətinin ABŞ-Meksika sərhədində ilişib qalmış mühacirlər xüsusiyyət təşkil etməklə miqrantlar barədəki siyasətlərinin dəyişdirilməsini tələb etmək üçün respublikaçı senator Ron Consonun ofisi qarşısında aksiya keçiriblər.
Amerikada Latın Amerikasından olan bir qrup insan bu gün Viskansin ştatının Milvaki şəhərində aksiya keçirib. Bu aksiya Amerika prezidenti Donald Trampın mühacirət siyasətinə etiraz olaraq təşkil olunub. Etirazçılar simvolik bir hərəkətdə bir neçə qəfəs düzəldərək, onların içərilərinə miqrantların simvolları kimi gəlinciklər yerləşdiriblər. Etirazçılar ABŞ senatının respublikaçı üzvlərindən olan Ron Consonun ofisi qarşısında aksiya keçirərək, hökumətin mühacirlər, xüsusən ABŞ-Meksika sərhədində ilişib qalmış miqrantlar barədəki siyasətlərini dəyişdirməsini tələb ediblər.
Onlar "Miqrantları çıxarmağa son qoyun və bu işin yerinə, mühacirlərin təhsili fikrində olun!" şüarı veriblər. Aksiyaçılar Trampın Amerika ilə Meksika arasında sərhəd divarının inşası layihəsi ilə müxalifət edərək, "Qəfəsə-yox və divara-yox!" şüarı verirdilər.
Həmçinin minlərlə latın amerikalı ABŞ paytaxtında, Ağ Ev ilə üzbəüzdə aksiya keçirərək, Tramp hökumətinin miqrantlara qarşı siyasətlərini pisləyibdir. Etirazçılar arasında tanınmış simalar, incəsənət xadimləri, siyasi və vətəndaş aktivistləri və demokrat partiyasının üzvləri nəzərə çarpırdılar.
Etirazçılar "Ailələr bir-birilərinə mənsubdurlar" şüarı ilə Amerikanın Meksika ilə sərhədində miqrant ailələri üzvlərinin bir-birilərindən ayrılmalarına reaksiya verərək, uşaqların öz valideynlərinə qoşulmalarını istəyiblər.