Çikaqo meriyası Trampın anti-miqrant fərmanına məhəl qoymayıb
İyul 14, 2019 20:45 Asia/Baku
Çikaqo meriyası ABŞ prezidentinin anti-miqrant fərmanına reaksiyada xəbərdarlıq edibdir ki, bu şəhər polisi miqrantları həbs və ixrac etməməlidir.
Çikaqo meriyası ABŞ prezidentinin qeydə alınmamış mühacirlərin həbs olunaraq, Amerika torpağından çıxarılmaları əməliyyatının icrası üzrə fərmanına reaksiyada xəbərdarlıq edibdir ki, bu şəhər polisi bu miqrantların həbs olunmamaları barədə aydın göstərişə malikdir.
Amerika mühacirlər idarəsindən təqribən iki min mühacir ailəsi bu ölkə ərazisindən çıxarılmaq barədə xəbərdarlıq məktubu alıbdır.
Amerika hökuməti bildiribdir ki, bu gündən etibarən, bu ölkənin on iri şəhərində geniş bir əməliyyatda bu miqrantları həbs edərək, Amerika ərazisindən çıxaracaqdır.