İyul 18, 2019 08:29 Asia/Baku
  • ABŞ-ın İran diplomatlarına qarşı hərəkəti BMT nizamnaməsilə ziddiyyət təşkil edir

BMT sözçüsü bildirib ki, Amerikanın iranlı diplomatların Nyu-Yorkdakı gediş-gəlişlərinə məhduddiyyətlər qoyması BMT nizamnaməsilə ziddiyyət təşkil edir.

Fərhan Həqq çərşənbə günü Nyu-Yorkda müxbirlər qarşısında deyib: BMT ilə Amerika hökuməti arasındakı razılaşma, diplomatlar barədə razılaşmalar, eləcə də BMT nizamnaməsilə ziddiyyət təşkil edən hərəkətlərdən çəkinmək zəruri bir məsələdir.

Amerika hökuməti son zamanlar BMT məkanında və Nyu-Yorkda hərəkət etmələri sahəsində iranlı diplomatlara qarşı məhdudiyyətlər tətbiq edibdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerikanın İran İslam Respublikasının BMT-dəki nümayəndəliyinin işçilərinə məhdudiyyətlər tətbiq etməsinə işarə edərək, deyib ki, amerikalıların bu hərəkəti insanlığa sığmayan bir hərəkətdir.

Teqlər