Rus rəsmi: Nüvə anlaşması üzrə Vyana iclası konstruktiv idi
İyul 28, 2019 21:53 Asia/Baku
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi nüvə anlaşması üzrə müştərək komissiyanın iclasını səmərəli adlandırıb.
Mixail Ulyanov öz twitter səhifəsində yazıb: Bu gün, iyulun 28-də Vyanada keçirilən iclas nüvə anlaşması üzrə müştərək komissiya üzvlərinin bu anlaşmanın icrası barədə hərtərəfli dialoqu üçün imkan yaradıb.
Ulyanov vurğulayıb: Təbiiir ki, Amerikanın sanksiyaları nüvə anlaşmasına xələl gətirir, amma bu anlaşmanın bütün hazırkı tərəfləri tamamilə ona sadiqdirlər.