Avq 01, 2019 08:52 Asia/Baku
  • Pompeo günahı başqasının boynuna yıxmağa çalışır
    Pompeo günahı başqasının boynuna yıxmağa çalışır

ABŞ dövlət katibi iddia edib ki, İranın Xarici İşlər Nazirliyi Tehranın səbatsızlaşdırıcı siyasətlərini gücləndirmək üçün bir vasitədir.

Mayk Pompeo Tehran vaxtı ilə bu gün səhərçağı bu  ölkənin İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi sanksiya etməsinin ardınca iddia edibdir ki, İranın Xarici İşlər Nazirliyi təkcə İranın diplomatik vasitəsi deyil, həm də onun səbatsızlaşdırıcı siyasətlərini gücləndirmək üçün bir vasitədir.

Birləşmiş Ştatarın dövlət katibi həmçinin iddia edib ki, Ağ Ev İranın təxribatçı rəftarlarını dəyişdirmək üçün diplomatik həll yolları axtarmaqdadır.

Mayk Pomepo öz iddialarının davamında bildirib ki, İranın hədələrinin dayandırılması ilə nəticələnən hərtərəfli anlaşmaya nail olanadək İranın diplomatik təcridi davam edəcəkdir.

Amerikanın dövlət katibi digər bir iddiasında bildiribdir ki, Zərif İran İslam Respublikasının siyasətlərinin ən əsas əsaslandırıcısıdır.

Həmçinin adı açıqlanmayan Amerikanın hökumət başçılarından biri deyib: Amerika Zərifin səfərinin xas şəraitini hallar əsasında dəyərləndirəcək və bu məsələ BMT-yə səfərə şamil olur.

Teqlər