Fransanın iqtisadiyyat naziri: Amerikanı boykot edəcəyik
Fransanın iqtisadiyyat və maliyyə naziri ABŞ-ın Airbus aviasiya şirkəti üstündə Avropaya tariflər tətbiq etmək qərarına cavab olaraq, deyib: Mübahisənin həll edilməyəcəyi təqdirdə Vaşinqtonu boykot edəcəyik.
Bruno Le Mer deyib: Əgər Amerika Airbus ilə bağlı ticarət ixtilafının həlli sahəsində Avropanın həmkarlığını rədd edərsə, Fransa və Avropa Birliyi Amerikanı boykot etməyə hazırdırlar.
Avropa Birliyinin daxili işlər komissarı Sesiliya Malmström də ABŞ-ın Avropa mallarına tətbiq etdiyi tariflərin artırılması ilə bağlı xəbərdarlıq edib: Belə bir qərar gələn il milyardlarla dollar ABŞ mallarına da şamil ola bilər.
ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer Avropa mallarına yeddi milyard beş yüz milyon dollarlıq tarifin oktyabrın 18-də tətbiq ediləcəyini bildirəndən sonra Avropa ölkələri ABŞ-ın ticarət əleyhinə olan bu qərarına qarşı yekdilliklə çıxış etdilər.