Dek 10, 2019 19:12 Asia/Baku
  • Pentaqon Avropaya hərbçi göndərəcək
    Pentaqon Avropaya hərbçi göndərəcək

ABŞ ordusunun rəsmisi yeni milad ilində Avropaya ən böyük kontingentin göndəriləcəyini bildirib.

Frans Press-in məlumatına görə, ABŞ silahlı qüvvələrinin Quru Qoşunlarının komandiri "Kristofer Kouley" 2020-ci ildə bu ölkənin Avropada yerləşən 9 min hərbçisinə qoşulmaq məqsədi ilə 20 min hərbçinin bu qitəyə göndəriləcəyini söyləyib.

Onun sözlərinə görə, həmçinin 37 min əsgər gələn il may- iyun ayları ərzində 10  Avropa ölkəsinin hərbi təlimlərində iştirak edəcəklər.

ABŞ silahlı qüvvələrinin rəsmisi elə bir halda Avropaya 20 min hərbçinin göndəriləcəyini xəbər verir ki, Qərb ilə Rusiya arasında gərginlik artmaqdadır.

 ABŞ-in Avropaya hərbçilərinin ezamiyyəti 4000 min kilometr ərazidə yerləşmək üçün 13 min zirehli texnikanın; o cümlədən tank, artilleriya qurğuları və zirehli avtomobillərin göndərilməsi ilə eyni vaxtda- 2020-ci ilin fevral ayında başlanacaq.

 

Teqlər