Ermənistan xalqı baş nazirə inanmır
https://azeri.sahartv.ir/news/dünya-i354503-ermənistan_xalqı_baş_nazirə_inanmır
Son rəy sorğularının nəticələrinə görə Ermənistanda əhalinin 53 faizindən çoxu baş nazir Nikol Paşiniyana etimad etmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2019 15:25 Asia/Baku
  • Ermənistan xalqı baş nazirə inanmır
    Ermənistan xalqı baş nazirə inanmır

Son rəy sorğularının nəticələrinə görə Ermənistanda əhalinin 53 faizindən çoxu baş nazir Nikol Paşiniyana etimad etmir.

İranın erməni dilində sərhədaşırı radisunun verdiyi məlumata görə, Qalup müəssisəsi bildirib ki, həyata keçirilən rəy sorğularının nəticələrinə görə, Paşiniyanın xalq arasındakı reytinqi də aşağı düşüb və artıq xalq keçmişdə olduğu kimi ona inanmır. 

Rəy sorğusunda iştirak edən respandentlərin 46 faizi isə Paşiniyana inanır. 

25 avqustda da İrəvanda rəysorğusu keçirilmşdi və baş nazirin yüksək reytinqinə işarə edirdi. 

Bu rəysorğusuna görə, Ermənistanda sosial rifah azalıb və əhalinin böyük əksəriyyəti iqtisadi cəhətdən və işlə təmin olmaq baxımından əlverişli durumda deyil. 

Ermənistan parlament seçkiləri ötən dekabr ayında keçirildi və Nikol Paşiniyanın partiyası əksəriyyəti əldə etdi və səslərin 43 faizini qazanaraq parlamentə yol tapdı. 

 

QALUP MÜƏSSİSƏSİ: ERMƏNİSTAN XALQI NİKOL PAŞİNİYANA İNANMIR