Avropada COVID-19-a mübtəla olanlar çoxalır
Avropada COVID-19-a mübtəla olanların sayı 250 min nəfəri ötüb keçib.
Frans-Press bu gün xəbər verib ki, Avropa qitəsində COVID-19-a yoluxanların sayı 250 min nəfəri ötüb keçib və onların yarısını İspaniya və İtaliya təşkil edirlər.
Bu məlumata əsasən, Avropa qitəsində COVID-19-a yoluxanların qəti sayı indiyədək 258 min 68 nəfər elan olunub.
Həmçinin bu miqdardan 14min 640 nəfər həyatını itirib.
Həmin yoluxanlardan 74 min 386 hal İtaliyanın payına düşür.
İspaniyada da 56188 koronavirusa yoluxma halı qeydə alınıb.
Frans-Press vurğulayıbdır ki, koronavirusa yoluxanların real miqdarı bu rəqəmlərdən qat-qat çoxdur. Zira bir çox ölkə bu virusa yoluxanların dəqiq sayı barədə məlumata malik deyil və təkcə ağır vəziyyətə malik olan şəxsləri statistikalara daxil ediblər.
Hazırda Avropa və Amerika bu pandemiyanın ocağına çevriliblər.
AVROPADA COVID-19-A YOLUXANLARIN SAYI ARTIR