Ermənistanda koronavirusdan yoluxanlar və ölənlərin sayı artıb
https://azeri.sahartv.ir/news/dünya-i360424-ermənistanda_koronavirusdan_yoluxanlar_və_ölənlərin_sayı_artıb
Ermənistanın səhiyyə nazirliyi bildirib ki, ötən sutka ərzində bu ölkədə daha iki nəfər koronavirus nəticəsində həyatını itirib və ölənlərin ümumi sayı on üç nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2020 15:40 Asia/Baku
  • Ermənistanda koronavirusdan yoluxanlar və ölənlərin sayı artıb
    Ermənistanda koronavirusdan yoluxanlar və ölənlərin sayı artıb

Ermənistanın səhiyyə nazirliyi bildirib ki, ötən sutka ərzində bu ölkədə daha iki nəfər koronavirus nəticəsində həyatını itirib və ölənlərin ümumi sayı on üç nəfərə çatıb.

Ermənistan səhiyyə nazirliyinin sözçüsü Alina Nikoqosyan sonra deyib: Şənbə günü günortayadək 966 yoluxma halı qeydə alınıb və təsdiq olunubdur.

Bu gün həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi altında koronavirus böhranı üzrə xüsusi komitə iclas keçirib.

İclasda Ermənistan hökuməti bu ölkədəki fövqəladə vəziyyəti daha bir ay müddətinədək uzatmaq qərarına gəlib.

Üç gündən sonra Ermənistanda koronavirus pandemiysına görə, elan olunmuş fövqəladə vəziyyətin vaxtı başa çatır.

ERMƏNİSTANDA COVID-19 YOLUXMASI VƏ TƏLƏFATI ARTIB