Avropada bir milyondan çox koronavirus xəstəsi var
https://azeri.sahartv.ir/news/dünya-i360752-avropada_bir_milyondan_çox_koronavirus_xəstəsi_var
Avropa xəstəliklərə nəzarət mərkəzi bildirib ki, Avropada koronavirusa yoluxanların sayı bir milyon nəfəri keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2020 11:10 Asia/Baku
  • Avropada bir milyondan çox koronavirus xəstəsi var

Avropa xəstəliklərə nəzarət mərkəzi bildirib ki, Avropada koronavirusa yoluxanların sayı bir milyon nəfəri keçibdir.

Avropa xəstəliklərə nəzarət mərkəzi dünən bildirib ki, hazırda bu qitədə koronavirusa yoluxmuş bir milyon nəfərdən çox xəstə və bu virusa yoluxmadan irəli gələn yüz min nəfərə yaxın ölüm halı elan olunubdur.

Avropa xəstəliklərə nəzarət mərkəzinin məlumatına görə, İspaniya 198 min 674 nəfərlə bu qitədə ən çox yoluxma halına malikdir.

Koronavirusa yoluxmadan irəli gələn ölüm miqdarı cəhətdən isə İtaliya 23 min 660 nəfərlə birinci yerdə gedir. İspaniya da ondan sonrakı pillədə qərar tapıbdır.

Beləliklə, Avropa qitəsi təkbaşına dünya səviyyəsində koronavirusa yoluxmadan irəli gələn ölüm miqdarının demək olar ki, yarısına özündə yer veribdir.

AVROPADA 1 MİLYONDAN ÇOX COVID-19 XƏSTƏSİ VAR