Ermənistan dövlət televiziyasının rəhbərləri kənarlaşdırılıblar
https://azeri.sahartv.ir/news/dünya-i360829-ermənistan_dövlət_televiziyasının_rəhbərləri_kənarlaşdırılıblar
Ermənistan baş naziri Nikol Paşiniyanın qeyri-rəsmi görüntülərinin bu ölkənin televiziyasından yayımlanmasının ardınca dövlət televiziyasının bir neçə yüksək vəzifəli rəhbərləri istefa verməli olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2020 15:12 Asia/Baku
  • Ermənistan dövlət televiziyasının rəhbərləri kənarlaşdırılıblar

Ermənistan baş naziri Nikol Paşiniyanın qeyri-rəsmi görüntülərinin bu ölkənin televiziyasından yayımlanmasının ardınca dövlət televiziyasının bir neçə yüksək vəzifəli rəhbərləri istefa verməli olublar.

İranın sərhədaşırı erməni radiosunun verdiyi məlumata görə, Ermənistan dövlət televiziyası bir bəyanat yayaraq Nikol Paşiniyanın qeyri-rəsmi görüntülərini yaydığına görə üzr istəyib və bildirib ki, Televiziyanın yüksək vəzifəli rəhbər üzvü Marqarita Qriqoriyan və başqa bir neçə vəzifəli şəxs istefa verib. 

Bu məlumatda kənarlaşdırılan vəzifəli şəxslərin kimlərlə əvəz edilmələrinə toxunulmayıb. 

Bu kənarlaşdırma Ermənistan baş nazirinin rüsvay olmasına səbəb olan video görüntülərlə əlaqədardır. 

Ötən cümə günü Paşiniyan televiziya vasitəsi ilə çıxış edib. Çıxışından öncə onun çox qeyri-ciddi görüntüləri çəkilib, həmin görüntülərdə o zarafatlaşır, aniktot söyləyir, öskürür və su içir. Bu görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Sonra bəlli olub ki, Ermənistanın dövlət televiziyası Paşiniyanın həmin televiziya çıxışından 15 dəqiqə öncə bir neçə özəl yayımçıya çəkiliş icazəsi veribmiş.