Avropada COVID-19-a yoluxma nəticəsində 155 min nəfər ölüb
Statistikalar göstərir ki, Avropa ölkələrində koronavirusdan irəli gələn tələfat 155 min nəfərə çatıb.
Fransanın səhiyyə nazirliyi dünən bir açıqlamada bildirib ki, bu ölkədə ötən sutka ərzində 802 nəfər koronavirusa yoluxub, 348 nəfər isə bu virusa yoluxma nəticəsində həyatını itiribdir.
Yeni rəqəmlərin hesablanması ilə Fransada koronavirusa yoluxanların ümumi sayı 178 min 225, onun qurbanlarının sayı isə 26 min 991 nəfərə yüksəlibdir.
İtaliyanın vətəndaş mühafizəsi agentliyi də bir açıqlamada bildiribdir ki, bu ölkədə yoluxanların sayı 1402 yeni yoluxma halı ilə 221 min 216 nəfərə çatıbdır.
Açıqlamada sonra deyilir: İtaliyada koronavirusdan ölənlərin sayı 172 yeni hal ilə 30 min 911 nəfərə çatıbdır.
İngiltərənin səhiyyə nazirliyi də bildiribdir ki, ötən 24 saat ərzində bu ölkədə koronavirusa 3403 yeni yoluxma halı qeydə alınıb və bu virusa yoluxma nəticəsində 627 xəstə həyatını itiribdir.
İngiltərədə koronavirusa yoluxanların ümumi sayı da 226 min 463 nəfərə çatıb, ölüm hallarının sayı da 32 min 692 nəfərə yüksəlibdir.
Finlandiyada koronavirusa yoluxanların sayı 6 min üç nəfərə çatıbdır.
«Worldometers» vebsaytının hesablamaları göstərir ki, Avropada təqribən bir milyon 675 min nəfər koronavirusa yoluxubdur.
COVID-19 AVROPADA 155 MİN NƏFƏRİN HƏYATINA SON QOYUB