Dünyada ABŞ-ın rəhbərliyi altında olan sistemin bitməsinin şahidiyik
https://azeri.sahartv.ir/news/dünya-i362268-dünyada_abŞ_ın_rəhbərliyi_altında_olan_sistemin_bitməsinin_şahidiyik
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bildirib ki, Amerikanın dünyaya rəhbərlik dövrü bitməkdədir. O, Çin qarşısında güclü strategiyanın yaradılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2020 05:26 Asia/Baku
  • Dünyada ABŞ-ın rəhbərliyi altında olan sistemin bitməsinin şahidiyik

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bildirib ki, Amerikanın dünyaya rəhbərlik dövrü bitməkdədir. O, Çin qarşısında güclü strategiyanın yaradılmasını istəyib.

SəhərAzəri xəbər verir, Cozep Borrel qeyd edib ki, COVID-19 pandemiyasını Qərbdən Şərqə güc müvazinətinin dəyişdirilməsi üzrə bir dönüş nöqtəsi kimi görmək olar.

Borrel bildirib ki, Avropa Birliyi bu güc müvazinətinin dəyişməsində öz maraqlarının ardınca olmalı və tərəflərin vastitə istifadələri tələsinə düşməkdən çəkinməlidir. O, söyləyib: Hansı tərəfdə olmaq istəməsi ilə bağlı Avropa Birliyinə qarşı təzyiq artmaqdadır.

Cozep Borrel sonra belə qeyd edib: Çinin gücünün artıdığı bir şəraitdə Brüssel-Pekin əlaqələri  həmişə ikitərəflilik, şəffaflıq və etimada söykənməyəcəkdir.

Borrel vurğulayıbdır ki, Amerika ilə Çin arasındakı rəqabət Ümumdünya Səhiyyə Təşkilatı, 20-lər qrupu, BMT-nin Təhlükəsizlik Şurası və sairdə çoxtərəflilik sisteminə başlıca və iflicedici təsirə malik olacaqdır.