May 26, 2020 12:55 Asia/Baku
  • Trampın təklif etdiyi dərmanın testi dayandırılıb

Ümumdünya Səhiyyə Təşkilatı “hidroksixloroxin” dərmanının koronavirus xəstələrinin üzərində kliniki sınağını dayandırıb.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom dünən gecə bir mətbuat konfransında “COVID-19-un müalicəsi üçün dörd dərmanın kliniki sınağı uğrunda” adlı işçi qrupunun təşkilinə işarə edib. Bildirib ki, bu təşkilat anti-malyariya dərmanı olan “hidroksixloroxin”i həmin testlərdə dayandırıbdır.

Adanom sonra deyib: “Lenset” adlı mötəbər tibb nəşri cümə günü “hidroksixloroxin” və “xloroxin”in  koronavirusa yoluxaraq, yatırılmış xəstələr üzərindəki təsiri barədəki araşdırmanı yayıb. Bu araşdırma gözlənilən hal ilə müqayisədə onların yüksək ölüm halından xəbər verir.

Adanom vurğulayıb: Nigarançılıq “Hidroksixloroxin” və “xloroxin” dərmanları ilə bağlı olub və bu dərmanlardan immun sisteminin gücləndirilməsi və malyariyanın müalicəsi üçün istifadəyə yenə də icazə verilir və onlar zərərsizdirlər.

Tədqiqatçıların dediklərinə görə, araşdırmaların nəticələri göstərir ki, “Hidroksixloroxin” və “xloroxin”in istehlakı COVID-19 xəstələrinin sağalmasına səbəb olmamaqla bərabər, ürək problemlərinə düçarolmanı və ölüm təhlükələrini artırır.

 

Teqlər