Çin ABŞ-a xəbərdarlıq edib
May 29, 2020 12:23 Asia/Baku
Çin hökuməti ABŞ-ı Honkonqla bağlı siyasi manipulyasiyanı dayandırmağa çağırıb
SəhərAzəri xəbər verir, APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Çjao Litszyan keçirdiyi mətbuat konfransında deyib.
"ABŞ-ı Honkonqla bağlı siyasi manipulyasiyasını dərhal dayandırmağa çağırırıq. Honkonqla bağlı qanun layihəsi Çinin daxili işidir. Çin hökuməti Honkonqdakı xarici müdaxilələrə müqavimət göstərməyə sadiqdir", - deyə Çin XİN rəsmisi bildirib.
O əlavə edib ki, ABŞ tərəfi Çin və onun xüsusi inzibati bölgəsi olan Honkonqun daxili işlərinə müdaxilə etməyə davam edərsə, Çin hökuməti ABŞ-a qarşı bütün lazımi tədbirləri görəcək.