Pekin: Bərjam təcrübəsi İranın nüvə məsələsinin yeganə həll yoludur
Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ siyasətinin İranın nüvə böhranının səbəbkarı olduğunu tweet edərək yazıb, yeganə həll yolu nüvə sazişininin tələbatını həyata keçirməkdir.
SəhərAzəri xəbər verir, Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İranın nüvə sazişindən çıxmasını tənqid edərək tvitter səhifəsində yazıb: ABŞ-ın İranın nüvə sazişindən birtərəfli şəkildə çıxması və İrana maksimum təzyiq göstərməsi İranın nüvə böhranının dərinləşməsinin əsas səbəbidir. İranın nüvə sazişini dəstəkləmək və həyata keçirmək İranın nüvə məsələsini həll etməyin yeganə düzgün yoludur.
Hua Chuning yazıb: Diplomatik səylər üçün imkan yaratmaq lazım və ABŞ səhv hərəkətlər etməyi dayandırmalı və başqalarının vasitəsi ilə də İrana qarşı təzyiq göstərməkdən çəkinməlidir.
2018-ci ildə ABŞ Prezidenti Donald Trump İranın BMT Təhlükəsizlik Şurasının şərtlərinə riayət etməsinə baxmayaraq birtərəfli qaydada nüvə sazişindən çıxdı və o vaxtdan bəri İrana qarşı maksimum təzyiq siyasətini hıyata keçirərək, Tehranın ABŞ-la yeni bir razılaşmaya razı olmağa məcbur edilməsinə ümid edirdi, lakin bu siyasət təsirsiz olub və əksinə, İranı məcbur etdi Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurası qarşısında öhdəliklərinə sadiq olmadıqlarini nəzərə alaraq, öz Nüvə sazişinə dair bəzi öhdəliklərini geri götürsün.