ABŞ-da hər il min nəfər polisin atəş açmasının qurbanı olur
ABŞ-ın "Vaşinqton Post" qəzeti iyunun 10-da bu ölkədə ildə təxminən min nəfərin polis tərəfindən öldürüldüyünü açıqlayıb.
SaharAzeri xəbər verir,"Vaşinqton Post" qəzetinin yazdığına görə, ABŞ-da 2015-ci ildən 2019-cu ilə qədər müvafiq olaraq, 994, 962, 986, 991 və 965 nəfər polis tərəfindən güllələnib.
"Vaşinqton Post" qəzeti cari miladi ilində keçən ilin müvafiq dörü ilə müqayisədə daha 49 nəfərin polisin atəş açması nəticəsində öldüyünü diqqətə çatdırıb.
ABŞ polisi zorakılıq baxımından dünyada rekord sahibidir.
Rəsmi statistikalara əsasən, ABŞ polis qüvvələri istənilən digər ölkənin polis qüvvələrindən daha çox atəş açır.
Son günlər ABŞ-ın müxtəlif şəhərləri xüsusilə Minnesota ştatının Minneapolis şəhəri bu ölkə polisinin irqçi davranışına qarşı kütləvi aksiyaların şahididir.