Twitter Çinlə əlaqəli 170 mindən çox hesabı bağlayıb
Twitter sosial şəbəkəsi Çinlə əlaqəli 170 mindən çox hesabı bağlayıb. Bəhanəsi isə, bu ölkə hökumətinin həmin hesabları himayə etməsi olubdur.
SəhərAzəri xəbər verir, "South China Morning Post" xəbər saytının məlumatına görə, Twitter, Çin hökumətinin himayəsi altında sızma əməliyyatının həyata keçirilməsi, həmçinin qeyd olunan hesabların koronavirus məsələsində Pekinə dəstək vermələri bəhanəsilə bu addımı atıbdır.
Twitter iddia edibdir ki, Çinlə əlaqəli 23 min 750 son dərəcə fəal hesab, həmçinin fəal hesablar üçün məzmun yaradan və gücləndirən təqribən 150 min hesab, başlıca olaraq, saxta hesablardan bir məcmuə olubdur.
Twitter həmçinin iddia edibdir ki, bu çinli şəbəkə 2019-cu ildə dondurulmuş Honq-Konq barədəki fəal şəbəkə ilə əlaqədə olubdur.
Twitter və digər amerikan sosial şəbəkələr, o sıradan Facebook və İnstaqramın Çində fəaliyyətləri dayandırılıbdır.