Çin İngiltərənin Honq Konqun daxili işlərinə qarışmasını tənqid edib
Çin Xarici İşlər Nazirliyi bir daha İngiltərənin Honq Konqun daxili işlərinə qarışmasını tənqid edib.
SaharAzeri xəbər verir, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Tsunin bildirib ki, heç bir xarici hökumət, təşkilat və şəxsin Honq Konqun daxili işlərinə müdaxilə etməyə haqqı yoxdur.
Hua Tsunin sonra deyib: Honq-Konq Çinə aiddir və İngiltərə bu reallığı qəbul və Çinin suverenliyi, təhlükəsizliyi və birliyinə hörmət etməli və Honq Konqun daxili işlərinə qarışmağa son qoymalıdır.
Honq-Konq bölgəsindəki yerli hökumət də dünən bir açıqlamada Pekinin milli təhlükəsizlik qanunun tətbiq edilməsini tənqid edən İngiltərənin açıqlamasına hücum edib və onu qeyri-düzgün və qərəzli adlandırıbdır.
İngiltərənin xarici işlər naziri Dominik Rabb son zamanlar Honq Konq bölgəsi barədə belə deyib: Çinin hələ öz hərəkətlərini yenidən nəzərdən keçirməyə, geriyə addım atmağa, Honq-Konqun istiqlaliyyətinə hörmət etməyə və özünün beynəlxalq öhdəliklərinə sadiq qaldığını göstərməyə fürsəti var.
Çin parlamenti son zamanlar Honq-Konq bölgəsinin milli təhlükəsizlik layihəsini qəbul etdi. Qanuna çevrilən bu layihə Honq-Konqun işlərinə müdaxiləni və terror əməliyyatı niyyətində olan kəsləri və separatçıları hədəfə alır.
Amerika və İngiltərə daima Honq Konqun daxili işlərinə qarışan ölkələrdəndirlər.