Çin Direktorlar Şurasına xəbərdarlıq edib
Çin nümayəndəsi dünən MAQATE-nin Direktorlar Şurasının iclasında xəbərdarlıq edib ki, İrana qarşı qətnamənin qəbul olunması nəinki nüvə anlaşmasını, həm də nüvə silahlarının yayılmasını qadağan edən sistemi aradan götürəcəkdir.
SaharAzeri xəbər verir, Çinin beynəlxalq təşkilatlardakı səfirinin əvəzedicisi Hu İtsin Day deyb: Hazırkı şəraitdə nüvə anlaşmasının qorunması və icrası İranın nüvə işinin həlli üzrə ən yaxşı yoldur.
Day Amerikanın nüvə anlaşmasından çıxmasını birtərəfli quldurluq adlandırıb. Bildirib ki, bu hərəkət gərginliklərə səbəb olubdur. O, ABŞ-dan istəyibdir ki, nüvə anlaşması və BMT Təhlükəsizlik Şurasının qətnaməsi altındakı öhdəliklərinin icrasına geri dönsün.
Çin nümayəndəsi bildirib ki, Tehran Vaşinqtonun maksimum təzyiq siyasətinə cavab olaraq, nüvə anlaşmasındakı öhdəliklərinin tədricən azaltdı. O, deyib: Tehran daima bildiribdir ki, sanksiyaların ləğv ediləcəyi və nüvə anlaşmasının məziyyətlərindən bəhrələnəcəyi halda, bu anlaşmaya geri dönəcəkdir.
Hu İtsin Day agentliklə İran arasındakı ixtilafların sürətlə həll edilməsini vurğulayıb və belə deyib: Çin yaranmış durumdan təəssüflənir və İranın qanuni nigarançılıqlarını dərk edir. İran daima təmkinlilik göstərib və NTP və digər müqavilələr altındakı öhdəliklərinə sadiq qalıbdır.
Day söyləyib ki, onun ölkəsi nüvə anlaşmasının digər tərəflərinin həmkarlığı ilə bu anlaşmanı qorumaq üzrə səyə hazırdır və İranın nüvə işinin siyasi həlli yolunu fəal şəkildə izləyir.
Nüvə anlaşmasına imza atanlardan olan İngiltərə, Fransa və Almaniya MAQATE-nin direktorlar şurasına təqdim edilmək üçün bir qətnamə layihəsi hazırlayıb və onda İranın agentliklə necə deyərlər, tam həmkarlıq etməsini istəyiblər.
İran avropalıların bu hərəkətini kəskin tərzdə tənqid edib. Bildirib ki, agentliyin tələbi, sionist rejimin iddiaları və Amerikanın təzyiqləri əsasında irəli sürülüb və Amerika nüvə anlaşmasından çıxdığı bir halda, İrana qarşı silah sanksiyalarını, müddəti bitdikdən sonra nüvə anlaşmasında uzatmağa çalışır.