Rusiyada COVID-19-a yoluxanların sayı 600 minə yaxınlaşır
https://azeri.sahartv.ir/news/dünya-i363597-rusiyada_covid_19_a_yoluxanların_sayı_600_minə_yaxınlaşır
Rusiyada son sutka ərzində daha 7425 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2020 08:06 Asia/Baku
  • Rusiyada COVID-19-a yoluxanların sayı 600 minə yaxınlaşır

Rusiyada son sutka ərzində daha 7425 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Rusiyada COVID-19-a yoluxanların sayı 599 705 nəfərə çatıb.

Son sutka ərzində 153 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8359 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 356 459 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.