ABŞ Avropa ölkələrindən məhsul idxalına rüsum tətbiq etməyi planlaşdırır
https://azeri.sahartv.ir/news/dünya-i363710-abŞ_avropa_ölkələrindən_məhsul_idxalına_rüsum_tətbiq_etməyi_planlaşdırır
ABŞ hökuməti Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan bir sıra məhsulların idxalına rüsum tətbiq etməyi planlaşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2020 06:03 Asia/Baku
  • ABŞ Avropa ölkələrindən məhsul idxalına rüsum tətbiq etməyi planlaşdırır

ABŞ hökuməti Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan bir sıra məhsulların idxalına rüsum tətbiq etməyi planlaşdırır.

SəhərAzəri Trend-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət danışıqları nümayəndəliyinin açıqlamasında deyilir.

Ümumilikdə, rüsumun 3,1 milyard dollar məbləğində tətbiq olunması gözlənilir.

Yeni rüsumlar Fransanın “Givenchy” və “Hermes” kimi brendlərinə təsir edə bilər.

Hazırda ABŞ-la Avropa İttifaqı arasında ticarət sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir. Vaşinqton sənədin layihəsinin onu razı salmayacağı təqdirdə Avropadan avtomobillərin də idxalına rüsumun tətbiq oluna biləcəyini bildirib.