İyun 29, 2020 08:12 Asia/Baku
  • Polşada prezident seçkiləri ikinci tura qaldı

Polşada keçirilən prezident seçkiləri namizədlərin heç birinin lazımi səsi toplaya bilmədiyi üçün ikinci tura qalıb.

SəhərAzəri İRİB-ə istinadla xəbər verir, Polşada prezident seçkilərinin sona çatması ilə iki əsas namizəd yəni "Qanun və Ədalət" partiyasından olan hazirki prezident Andji Duda və "Vətəndaş Platforması"partiyasından Varşavanın hazırkı meri Rafael Trazkovski müvafiq olaraq, bütün səslərin 41,8 və 30,4 faizini əldə edərək, ikinci tura keçiblər.

polaşanın prezident seçkiləri iyunun 28-də keçirilib. Bu seçkilərdə 11 namizəd bir-biri ilə rəqabət aparıb, seçkilərin ikinci turu iyulun 12-də keçiriləcək.

Avropa İttifaqının bir çox ölkələri Polşanın hazırkı prezidenti Dudanın siyasətlərini və bu ölkənin Donal Trampa meyilliliyini Avropa İttifaqında təfriqə amili hesab edirlər.

Teqlər