Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
https://azeri.sahartv.ir/news/dünya-i364124-rusiyada_koronavirusdan_ölənlərin_sayı_10_mini_ötüb
Rusiyada son sutka ərzində daha 6632 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2020 07:47 Asia/Baku
  • Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Rusiyada son sutka ərzində daha 6632 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SəhərAzəri APA-ya istinadən xəbər verir, Rusiyada COVID-19-a yoluxanların sayı 674 515 nəfərə çatıb.

Son sutka ərzində 168 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 10 027 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 446 879 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir