Berlində anti-rasist aksiyalar davam edir
https://azeri.sahartv.ir/news/dünya-i364161-berlində_anti_rasist_aksiyalar_davam_edir
Almaniyanın paytaxtı Berlin şəhərinin əhalisi anti-rasist aksiyaların davamında küçələrə çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2020 08:06 Asia/Baku
  • Berlində anti-rasist aksiyalar davam edir

Almaniyanın paytaxtı Berlin şəhərinin əhalisi anti-rasist aksiyaların davamında küçələrə çıxıb.

SəhərAzəri xəbər verir, Almaniyadakı etirazların dördüncü həftəsində Berlin şəhərinin bir qrup sakini dünən küçələrə çıxaraq, rasizmə qarşı aksiya keçirib.

Aksiyaçılar Qərb cəmiyyətlərində irqlərə. əqidələrə və təmayüllərə qarşı mövcud olan ayrı-seçkilik mahiyyətli münasibətləri tənqid ediblər.

2020-ci il mayın 25-də Amerikanın Minnesota ştatının Minneapolis şəhərində qaradərili Amerika vətəndaşı Corc Floydun qətlə yetirilməsindən sonra bu ölkənin müxtəlif şəhərlərində irqçiliyə qarşı geniş miqyaslı aksiyalar başlandı. Bu aksiyalar indiyədək davam edir.