İyul 09, 2020 07:09 Asia/Baku
  • Lavrov ABŞ müdafiə nazirinin sözlərini cavablandırıb

Rusiyanın xarici işlər naziri ABŞ müdafiə nazirinin bu ölkənin Moskvaya və Pekinə qarşı çəkindirici addımlar atmasına dair sözlərini təəssüfləndirici hal adlandırıb.

SəhərAzəri xəbər verir, Sergey Lavrov ABŞ-ın müdafiə naziri Mark Esperin son sözlərinə cavab olaraq deyib: Əgər Pentaqon-da özlərinin əsas məqsədlərini Rusiya və Çini çəkindirmək hesab edirlərsə, bu, Amerikanın hazırkı hökumətinin hansı fəlsəfəni izlədiyini göstərir.

Lavrov sonra söyləyib: Bu fəlsəfə özündən başqa bütün ölkələri çəkindirməyi əhatə edir.

ABŞ-ın müdafiə naziri Mark Esper çərşənbə axşamı günü Vaşinqtonun hərbi hərəkətləri və qanunsuz iştirakına toxunmadan İran, Şimali Koreya, Rusiya və Çinin hücumlarına maneçiliyin törədildiyini iddia etdi.

Amerika güclü ordulara malik olan Çin və Rusiyanın hərbi qüdrətlərinin, eləcə də Çinin iqtisadi qabiliyyətinin artmasından nigarandır.

Rusiyanın xarici işlər naziri öz çıxışında həmçinin Moskva və Ankaranın Liviyada atəşkəsin yaradılması barədə razılığa nail olmaq üzrə səylərinə toxunub. Bildirib ki, Liviya milli ordusu atəşkəs müqaviləsini imzalamağa hazırdır, amma Tripoli onu istəmir.

Teqlər