İyul 12, 2020 16:17 Asia/Baku
  • Rusiyada COVID-19 peyvəndi uğurla sınaqdan keçirilib

Moskava yerləşən Seçenov adına Universitetin Tibbi Araşdırma və Biotexnologiya Şöbəsinin müdiri bildirib ki, dünyada ilk dəfə olaraq, koronavirus vaksinasının kliniki sınağı universitetin könüllüləri üzərində uğurla həyata keçirilib.

 SəhərAzeri  xəbər verir, Vadim Tarasov Rusiyanın Ria-Novosti xəbər agentliyi ilə müsahibədə bu xəbəri verərək, bildirib ki, Rusiyada koronavirus vaksinasının sınaqdan keçirilməsi uğurlu olubdur.

Tarasov söyləyib: İlk dəfədir ki, COVID-19-a qarşı vaksina insan üzərində uğurla təsir edir.

Rusların koronavirusun profilaktikası üzrə peyvəndinin kliniki sınağına ötən iyun ayında Seçenov adına Universitetdə 38 könüllünün iştirakı ilə start verildi.

Bundan öncə də Rusiyanın müdafiə nazirliyi bir vaksinanın müsbət nəticələrindən xəbər vermişdi.

Rusiyanın səhiyyə naziri Mixail Moraşko da bir neçə gün bundan öncə bildirmişdi ki, eyni vaxtda 17 vaksina üzərində araşdırma aparılır və rus alimlər yaxın gələcəkdə nəticəyə çatacaqlarına böyük ümid bəsləyirlər.

Onun sözlərinə görə, Rusiyada koronavirus xəstəliyinin vaksinasiyası könüllü şəkildə həyata keçiriləcək.

 

Teqlər