Rusiyada koronavirusa yoluxanların sayı 829 minə çatır
https://azeri.sahartv.ir/news/dünya-i365262-rusiyada_koronavirusa_yoluxanların_sayı_829_minə_çatır
Rusiyada son bir gündə daha 5 475 nəfərə COVID-19 diaqnozu qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2020 07:26 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 829 minə çatır

Rusiyada son bir gündə daha 5 475 nəfərə COVID-19 diaqnozu qoyulub.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 828 990 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 169 nəfər artaraq 13 673-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 620 333 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 671 nəfər.