Avq 07, 2020 07:47 Asia/Baku
  • Qahirə və Afina memorandum imzalayıblar

Qahirə və Afina Aralıq dənizində hüdudların təyini barədə memorandum imzalayıblar.

SəhərAzəri xəbər verir, Misir və Yunanıstanın xarici işlər nazirləri Samih Şukri və Nikos Dendiyas Qahirədə görüşərək, Aralıq dənizində iqtisadi zona və hüdudların təyini barədə memorandum imzalayıblar.

Misirin xarici işlər naziri bu anlaşma sənədinin imzalanmasından sonra yunan həmkarı ilə birgə mətbuat konfransında deyib ki, həmin sənəd hər iki tərəfə nəzərdə tutulan iqtisadi zonada mövcud olan təbii ehtiyatlardan istifadə etmək və təbii neft və qaz kəşfiyyatı ilə məşğul olmaq icazəsi verəcək.

Bu anlaşma sənədi Türkiyə ilə Liviya milli birlik hökuməti arasında imzalanmış memoranduma cavab olaraq, imzalanıbdır.

Yunanıstanın xarici işlər naziri anlaşma sənədinin imzalanmasından sonra deyib: Türkiyə ilə Liviya milli birlik hökuməti arasında imzalanmış memorandum qanunsuzdur və Afina Aralıq dənizinin şərqindəki hər cür problemlə mübarizə aparmaq üçün Qahirə ilə həmkarlıq edəcək.

Türkiyə xarici işlər nazirliyi də Yunanıstan ilə Misir arasında bağlanmış bu anlaşma sənədinə reaksiyada onu qanunsuz adlandırıb. Bildirib ki, Qahirə-Afina memorandumunda təyin edilmiş zona Türkiyə yaylası hüdudlarında yerləşir.

Türkiyə xarici işlər nazirliyi həmçinin qeyd olunan anlaşmanı rədd edib və bildirib ki, bu ölkə Yunanıstan ilə Misirə özünə aid olan sularda fəaliyyət icazəsi verməyəcək və qətiyyətlə öz sərhədlərini müdafiə edəcəkdir.

Teqlər