Avq 08, 2020 14:17 Asia/Baku
  • ABŞ-da COVID-19 tələfatı 164 min nəfəri ötüb keçib

Amerikada koronavirus tələfatının sayı digər bir sıçrayışla 164 min nəfər həddini keçib.


SəhərAzəri -nin məlumatına görə, "Worldometers" saytı şənbə günü səhər bildiribdir ki, Amerikada koronavirusa yoluxanların sayı beş milyon 95 min 524 nəfərə çatıb. Onlardan 164 min 94 nəfər həyatını itiribdir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayının çoxluğuna görə, sınaq şüşələri və digər tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.

Belə bir halda, Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.

Amerika hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.

Teqlər