BMT-nin mütəxəssisləri: Humanitar güzəştlər kafi deyil, sanksiyalar ləğv edilməlidir
BMT-nin mütəxəssisləri: Humanitar güzəştlər kafi deyil, sanksiyalar ləğv edilməlidir
BMT mütəxəssisləri koronavirus pandemiyası ilə əlaqədar ölkələrə qarşı birtərəfli sanksiyaların dayandırılmasını istəyiblər.
Sahar Azari bildirir ki, BMT-nin mütəxəssisləri cümə günü İran və Yəmənə qarşı birtərəfli sanksiyaların ləğv edilməsini istəyərək, humanitar güzəştlərin kafi olmadığını bildiriblər.
BMT-nin mütəxəssisləri humanitar güzəştlərin bu ölkələrdə koronavirus infeksiyası ilə mübarizədə effektli olmadığını qeyd ediblər.
BMT mütəxəssislərinin bəyanatında deyilir: Sanksiyalar İran, Suriya, Yəmən, Sudan, Kuba və Venesuela xalqlarına ölüm və acıdan başqa bir şey vermir. İnsan haqları adına tətbiq edilən sanksiyalar əslində insanları ən primitiv hüquqlarından məhrum edir və onları ölümə sürükləyir.
BMT-nin birtərəfli sanksiyaların mənfi təsirləri üzəri xüsusi məruzəçisi Alena Vuhan qeyd edilən ölkələrə qarşı sanksiyaların ləğv edilməli və ya azaldılmalı olduğuna təkid edib və deyib: Koronavirus pandemiyası dövründə insanlar ilkin ehtiyaclarını təmin və dezinfeksiya vasitələri əldə etməyə qadir olmalıdırlar. Xəstəxanalar da koronavirus xəstələrinə xidmət göstərə bilmək üçün lazımi imkanlara malik olmalıdırlar. Birtərəfli sanksiyalar insanların ilkin hüquqlarından faydalanmasına mənfi təsir göstərir.
Bundan öncə Qırmızı Xaç və Qızıl Aypara kimi beynəlxalq təşkilatlar da koronavirus ilə mübarizə istiqamətində müxtəlif ölkələrə qarşı birtərəfli sanksiyaların ləğv edilməsini istəmişdilər.
ABŞ isə insan haqları iddiasında olmasına baxmayaraq, pandemiya dövründə sanksiyaları bir qədər də sərtləşdirib.