Rusiyada "Covid-19"a qarşı peyvəndin istehsalına başlanılıb
https://azeri.sahartv.ir/news/dünya-i366001-rusiyada_covid_19_a_qarşı_peyvəndin_istehsalına_başlanılıb
Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına başlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2020 10:47 Asia/Baku
  • Rusiyada

Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına başlanılıb.

Səhər Azəri bildirir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb .

Qeyd edək ki, avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin dünyada ilk dəfə COVID 19 virusuna qarşı peyvəndin ölkəsində qeydiyyatdan keçdiyini açıqlayıb.

"Sputnik V" adını alan peyvənd Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb. Peyvənd ilk dəfə Rusiya Müdafiə Nazirliyinin Burdenko adına hospitalında hərbçilər üzərində sınaqdan keçirilib.

Koronavirusa qarşı peyvəndin ən azı iki il ərzində insan orqanizmində COVID 19-a qarşı immunitet yaratdığı bildirilib.