Ermənistan əsir düşən zabiti barədə məlumat yayıb
https://azeri.sahartv.ir/news/dünya-i366384-ermənistan_əsir_düşən_zabiti_barədə_məlumat_yayıb
Ermənistan Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində Azərbaycan Respublikasının ordu bölmələri tərəfindən əsir götürülmüş baş leytenant haqqında məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2020 04:05 Asia/Baku
  • Ermənistan əsir düşən zabiti barədə məlumat yayıb

Ermənistan Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində Azərbaycan Respublikasının ordu bölmələri tərəfindən əsir götürülmüş baş leytenant haqqında məlumat yayıb.

Səhər Azəri bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan zabit Qurgen Alberyanın pis hava şəraitində azdığını və itmiş zabitin tapılması üçün axtarış aparıldığını iddia edib.

Şuşan Stepanyan bu iddia ilə Azərbaycan Respublikası tərəfinə qarşı diversiya əməliyyatının keçirildiyini təkzib etməyə çalışıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəyan edib ki, avqustun 23-də yerli vaxtla saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Respublikası Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alberyan əsir götürülüb.