Avq 26, 2020 14:21 Asia/Baku
  • Dünya hələ belə səfil vəziyyətdə olmamışdı – Vəziyyəti bərpa etmək çətin olacaq

İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələr iqtisadi artım sayəsində borc həcmini sürətlə azalda bilib. Ancaq bu dəfə belə bir nəticə əldə etmək çətin olacaq.

SəhərAzəri Sputnik.az-a istinadla xəbər verir, ən böyük iqtisadiyyatları olan ölkələr koronavirus pandemiyasına qarşı mübarizə xərclərini artırır. Nəticədə, onların dövlət borcu İkinci Dünya müharibəsi dövründən rekord səviyyəyə çatıb.

Məsələn, 2020-ci ilin iyulunda inkişaf etmiş iqtisadiyyatları olan ölkələrdə dövlət borcunun həcmi qlobal ümumi daxili məhsulun (ÜDM) 128 faizinə bərabər olub. 1946-cı ildə bu göstərici 124 faiz idi.

ABŞ prezidenti yanında i̇qtisadi şuranın keçmiş rəhbəri Qlenn Habbard bildirib ki, borcların artmasından narahat olmağa dəyməz – virusa yoluxma templərinə nəzarət etmək daha vacibdir.

Habbard deyib ki, müharibə ilə analogiya tamamilə doğrudur.

İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələr iqtisadi artım sayəsində borc həcmini sürətlə azalda bilib. 1959-cu ilə qədər borcun ÜDM-ə nisbəti yarıdan çox azalaraq 50 faizdən aşağı olub. Ancaq nəşr qeyd edir ki, bu dəfə belə bir nəticə əldə etmək çətin olacaq. Buna səbəb əhalinin artımının yavaşlaması, işçi qüvvəsinin və məhsuldarlığın azalması olacaq.

Teqlər