Amerikada polis zorakılığı davam edir
ABŞ polisinin bir qaradəriliyə qarşı vəhşiliyi xalqı qəzəbləndirib
ABŞ polisinin Kaliforniya ştatında bir qaradərili vətəndaşa qarşı zorakı rəftarının görüntülərinin yayılması bu ölkədə qəzəb və nifrət dalğası yaradıb.
Səhər Azəri bildirir ki, bü gün sosial şəbəkələrdə yayımlanan bu görüntülər mart ayına aiddir və onda ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində iki polis zabiti bir qaradərilini təhqiramiz bir şəkildə saxlayırlar.
ABŞ polisinin kobud davranışı elə bir halda təkrarlanır ki, 25 may tarixindən etibarən bu ölkənin müxtəlif şəhərləri, o cümlədən Portlend şəhəri polisin irqçi davranışlarına qarşı kütləvi aksiyaların şahididir.
25 may tarixində ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində ağdərili bir polis zabiti afroamerikan Corc Floydu qətlə yetirib.
Bu cinayət amerikalıların hiddətinə səbəb olub.