CNN:
Amerikada "COVİD-19" virusundan ölənlər arasında qaradərililər çoxluq təşkil edir
Birləşmiş Ştatlarda koronavirusa yoluxma nəticəsində həyatını itirənlərə dair aparılan araşdırmalardan aydın olur ki, ağdərililər ilə müqayisədə qaradərililər arasında ölüm halları 2.4 dəfə daha çoxdur.
Səhər Azəri bildirir ki, ABŞ-da koronavirus (COVİD-19) infeksiyasına yoluxma nəticəsində ölüm halları artmaqda davam edir.
CNN kanalı Birləşmiş Ştatlarda koronavirusla bağlı statistik araşdırma apararaq, ağdərililər ilə müqayisədə qaradərililər arasında ölüm hallarının 2.4 dəfə çox olduğunu bildirib.
Bu məlumata görə, ağdərililər ilə müqayisədə aborigenlər və latın amerikalılar arasında da ölüm halları 1.5 dəfə çoxdur.
Miçiqan Ştatında koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin 40%-ni qaradərililər təşkil edir. Halbuki, bu ştatda koronavirusa yoluxanların yalnız 22%-i qaradərililər olub.
Texas ştatında isə koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin 55%-ni latın amerikalılar təşkil edir.
Son sutka ərzində Birləşmiş Ştatlarda "COVİD-19" infeksiyasına yoluxma nəticəsində 1094 nəfər həyatını itirib.