Koronavirus infeksiyasına yoluxanların sayı artır
Argentinada bir gün ərzində "COVİD-19"a yoluxanların sayı rekord həddə çatıb
Sen 22, 2020 14:27 Asia/Baku
Buenos-Ayresdə karantin rejiminin sərtləşdirilməsi istiqamətində yeni məhdudiyyətlər tətbiq ediləcək.
Səhər Azəri xəbər verir ki, Argentina rəsmiləri bazar ertəsi günü COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 429 nəfər vəfat edib.
Bu, Argentinada koronavirusun müşahidə edildiyi gündən bəri qeydə alınan ən yüksək göstəricidir.
Argentinada 20 mart tarixindən elan edilən karantin qaydaları tədricən ləğv edilib.
Argentinanın səhiyyə rəsmiləri ölkə əhalisinin 640134 nəfərinin "COVİD-19" virusuna yoluxduğunu deyirlər. Bu rəqəmdən 13482 nəfəri həyatını itirib.
Argentinada ən çox yoluxma halı paytaxt Buenos-Ayresdə qeydə alınıb və cari həftədən yeni məhdudiyyətlərin tətbiq edilməsi gözlənilir.