ABŞ-ın Portlend şəhərində etirazçıların repressiyası davam edir
https://azeri.sahartv.ir/news/dünya-i368190-abŞ_ın_portlend_şəhərində_etirazçıların_repressiyası_davam_edir
ABŞ-ın Oreqon ştatının Portlend şəhərinin polisi hələ də irqçiliyə qarşı aksiya keçirənlərə basqın etməkdə davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2020 05:48 Asia/Baku
  • ABŞ-ın Portlend şəhərində etirazçıların repressiyası davam edir

ABŞ-ın Oreqon ştatının Portlend şəhərinin polisi hələ də irqçiliyə qarşı aksiya keçirənlərə basqın etməkdə davam edir.

SəhərAzəri xəbər verir, Portlend küçələri yerli vaxtla cümə axşamı günü ABŞ-ın təhlükəsizlik qüvvələrinin, polis zorakılığına qarşı aksiya keçirənlərə hücum etməsinin səhnəsi olundur.

Yerli mənbələrin bildirdiyinə əsasən, ABŞ-ın təhlükəsizlik qüvvələri etirazçılara qaşı gözyaşardıcı qaz və digər anti-üsyan təchizatları tətbiq edirlər.

ABŞ-ın müxtəlif şəhərləri ötən 25 may tarixindən bəri bu ölkə polisinin irqçi davranışına qarşı kütləvi etirazların şahididir.

25 may tarixində ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikan Corc Floyd ağdərili bir polis zabiti tərəfindən qəddarcasına qətlə yetirilib.

Bu cinayət xalqın hiddətinə səbəb olub. Lakin bu ölkə prezidenti Donald Trampın göstərişi ilə polis və təhlükəsizlik qüvvələri etirazçılara basqın edirlər.