Okt 26, 2020 11:18 Asia/Baku
  • Trampı açıq şəkildə dəstəkləyən polis işdən çıxarıldı

Bununla bağlı şəhər polis departamentinin rəhbəri Dermot Şi “Twitter” hesabında məlumat yayıb.

SəhərAzəri oxu.az-a istinadla xəbər verir, Nyu-Yorkda hazırkı Prezident Donald Tramp səsgücləndirici vasitəsilə dəstəklədiyini deyən polisin videosu yayıldıqdan sonra həmin hüquq mühafizə orqanının əməkdaşı işdən çıxarılıb. 

Bununla bağlı şəhər polis departamentinin rəhbəri Dermot Şi “Twitter” hesabında məlumat yayıb. 

O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından siyasətdən kənar qalmaları tələb olunur.

Dermot Şi polis əməkdaşının işdən çıxarılmasına səbəb kimi qanunun hamı üçün bərabərliyini sübut etmək olduğunu göstərib. 

Teqlər