Okt 27, 2020 07:42 Asia/Baku
  • BMT Təl-Əvivdən özbaşına həbsləri dayandırmasını istəyib

BMT-nin Qərbi Asiyada sülh üzrə özəl koordinatoru dünən axşam sionist rejimi, fələstinliləri özbaşına şəkildə həbs etməyə son qoymağa çağırıb.

SəhərAzəri xəbər verir, Nikolay Mladenov həmçinin doxsan gündən çox aclıq keçirən fələstinli əsir Mahir Ələxrəsin ağır durumu ilə bağlı xəbərdarlıq edibdir.

BMT-nin Qərbi Asiyada sülh üzrə özəl koordinatoru Fəth və Həmas hərəkatlarının milli barışığın həyata keçirilməsi və seçkilərin təşkil edilməsi üzrə səylərini alqışlayıb və onu mühüm bir addım adlandırıb.

Belə bir halda, bir qrup fələstinli gənc sionist rejimin xüsusən Ələxrəsin və digər əsirlərin hüquqlarına qarşı təcavüzlərinin davam etməsinə və Qəzzə zolağında vəziyyətin sakitləşdirilməsi üzrə razılaşmalara sadiq qalmamasına etiraz olaraq işğal olunmuş ərazilərə tərəf yandırıcı şarların göndərilməsini bərpa edibdir.

Bundan öncə sionist rejim mediaları xəbər vermişdilər ki, Qəzzədən bu zolaqla həmsərhəd olan bölgələrə yandırıcı şarların göndərilməsi işğal olunmuş ərazilərin bir neçə yüz hektarında yanğınla nəticələnib və sionist rejimə böyük maliyyə xəsarətləri vurubdur.

49 yaşlı fələstinli Mahir Əbdullətif Ələxrəs öz aclıq aksiyasının doxsan birinci gününə daxil olubdur.

Bu fələstinli əsir özünə qarşı ittihamın bildirilməməsi və həbs edilməsinə etiraz olaraq, sionist rejim məhbəsində qeyri-məhdud aclıq aksiyasına əl atıbdır.

Teqlər