Bütün Amerikada polis tam hazır vəziyyətə gətirilib
Amerika polisi bu ölkədə prezident seçkiləri gününün yaxınlaşması ilə bir zamanda özünü seçkilərdən sonra ehtimal olunan zorakılıqlarla mübarizəyə hazırlayır.
SəhərAzəri Fox Nyus informasiya kanalının məlumatına istinadən xəbər verir, ABŞ polisinin sabiq zabiti Antoni Napolitano deyib: Çox kədərli bir məsələdir ki, seçkilərin keçirilməsini bayram etmək yerinə, polis zabitlərindən, öz məzuniyyətlərini ləğv etməklə bəzi xas bölgələri qorumağa hazır olmaları istənilibdir.
«Nyu-York Post» qəzeti də bir reportajda yazıb: Nyu-Yorkun beş bölməsindən biri olan Manhettenin sakinlərinin seçki çaxnaşmaları qorxusundan öz mağazaları qarşısında qoruyucu quraşdırdıqları bir halda, bu şəhərin polis idarəsinin «strateji cavab» qrupu ötən həftələrdə taktiki təlimləri artırıbdır.
Digər tərəfdən, Amerika xalqı öz mənzillərinin qarşısından seçki tabloları və etiketlərini qoparmaqdadırlar ki, seçki çaxnaşmalarında hücuma məruz qalmaq ehtimalı azalmış olsun.
Başqa bir qrup da kəndlərə və şəhədən qırağa qaçmaq və ya əldəqayırma səngərlər qurmaqla məşğuldur.
Birləşmiş Ştatların bu günlərdəki gərgin mühitində Donald Trampın avtomobillərə minmiş tərəfdarları Nyu-Cersidə, «Qarden Stit» prospektində digər avtomobillərin hərəkətini pozublar. Onlar Nyu-York şəhərində, Taritaven və Nayak şəhərlərini birləşdirən əlaqə körpüsünü bağlayıblar.
Trampın tərəfdarlarından ibarət karvanlardan digər birisi isə Virciniyada onun əleyhdarları ilə toqquşubdur.