Rusiya tezliklə 3-cü koronavirus vaksinini təqdim edəcək
https://azeri.sahartv.ir/news/dünya-i369454-rusiya_tezliklə_3_cü_koronavirus_vaksinini_təqdim_edəcək
Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi tezliklə COVID-19-a qarşı üçüncü vaksinini təqdim edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2020 07:10 Asia/Baku
  • Rusiya tezliklə 3-cü koronavirus vaksinini təqdim edəcək

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi tezliklə COVID-19-a qarşı üçüncü vaksinini təqdim edəcək.

SəhərAzəri xəbər verir, o, deyib: Bizim bütün vaksinlərimiz olduqca diqqətəlayiq təsir gücünə malikdirlər.

Ölkəsinin yeni koronavirusa qarşı vaksin sahəsində bütün dünya ölkələrilə əməkdaşlığa hazır olduğunu bildirən bu yüksək vəzifəli rus rəsmisi sonra dünya ictimiayyətini həmin məsələni siyasiləşdirməkdən çəkinməyə çağırıbdır.

Putinin bu sözlərinin qarşılığında qeyd edək ki, amerikan «Pfayzer» əczaçılıq şirkəti bazar ertəsi günü bir bəyanatda bildirmişdi ki, öncəki vaksinlərdən daha artıq təsir gücünə malik olan yeni bir vaksin istehsal edibdir.