Noy 27, 2020 20:23 Asia/Baku
  • Pompeonun Cövlan yüksəkliklərinə səfəri beynəlxalq qanunların təhqir edilməsi deməkdir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin Suriyanın işğal olunmuş Cövlan yüksəkliklərinə səfərini Vaşinqtonun beynəlxalq qanunlarla təhqiramiz rəftarının bir nişanəsi adlandırıb.

 

SəhərAzəri - Mariya Zaxarova bu gün Rusiya Xarici İşlər Nazirliyində keçirilən öz həftəlik brifinqində ABŞ dövlət katibi Mayk Pompeonun Suriyanın işğal olunmuş Cövlan yüksəkliklərinə səfərini tənqid edərək, bildiribdir ki, Moskva bu səfəri Qərbi Asiya məsələlərinin həlli istiqamətində Amerikanın beynəlxalq qanun prinsiplərilə təhqiramiz rəftarının digər bir nişanəsi hesab edir.

Zaxarova sonra söyləyib: ABŞ hökumətinin sionist rejimin qanunsuz iştirakına qanuni don geydirmək üzrə cəhdləri BMT nizamnaməsi və Təhlükəsizlik Şurasının qətnamələrilə təzad təşkil edir.

Pompeo noyabrın 19-da bütün beynəlxalq qanun və konvensiyaların pozulması istiqamətində atdığı nadir bir addımda qərb sahilində yerləşən sionistsakinli qəsəbələrə baş çəkib və oradan da Suriyanın işğal olunmuş Cövlan yüksəkliklərinə yollanıb.

Müqavimət qrupları və fələstinlilər ABŞ dövlət katbinin sionistsakinli qəsəbələrə baş çəkməsini pisləyiblər.

Pompeonun Cövlana səfəri o qədər qanunsuz olubdur ki, Ərəb Liqasının da səsini çıxarıbdır. Bu liqanın baş katibi Əhməd Əbulqəyt Pompeonun həmin hərəkətini kəskin tərzdə pisləyib və onu beynəlxalq qanunlara zidd adlandırıb.

Teqlər