Trampın qərargahı Corciya ştatında seçki nəticələrinin ləğv edilməsini istəyib
https://azeri.sahartv.ir/news/dünya-i370421-trampın_qərargahı_corciya_ştatında_seçki_nəticələrinin_ləğv_edilməsini_istəyib
Donald Trampın qərargahı bir petisiya hazırlayaraq, Corciya ştatında seçki nəticələrinin ləğv edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2020 05:50 Asia/Baku
  • Trampın qərargahı Corciya ştatında seçki nəticələrinin ləğv edilməsini istəyib

Donald Trampın qərargahı bir petisiya hazırlayaraq, Corciya ştatında seçki nəticələrinin ləğv edilməsini istəyib.

SəhərAzəri xəbər verir, Trampın qərargahı Corciya ştatında on minlərlə seçicinin qanunsuz səs  verdiyini iddia edib.

Trampın seçki qərargahının müşavirlərindən olan Rey Smitt bildirib ki, cümə günü qaldırılan vəsatətdə on minlərlə qanunsuz səsin mövcudluğu açıq şəkildə sənədləşdirilib.

Xatırladaq ki, ABŞ prezident seçkiləri noyabrın 3-də keçirilib. Yerli  KİV-in hesablamalarına görə, demokrat Co Bayden 306 elektoral səsə qazanaraq, bu seçkilərdə qalib gəlib.

Lakin Donald Tramp məğlubiyyətini hələ də qəbul etməyib və seçkilərdə saxtakarlığa yol verildiyini iddia edir. 

ABŞ-ın müxtəlif ştatlarında seçki saxtakarlığı ilə bağlı Trampın seçki qərargahı və Respublikaçılar Partiyasının çoxsaylı şikayətləri indiyə qədər kifayət qədər sübutun olmadığı üçün nəticəsiz qalıb.