Tramp:"Seçkilər ABŞ üçün biabırçılıq idi"
ABŞ prezidenti bu ölkədə keçirilən prezident seçkilərini biabırçılıq adlandırıb.
SəhərAzəri FARS-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən bir mərasimdə deyib: "3 noyabr seçkiləri tamamilə saxtalaşdırılıb və yol verilən pozuntuların hamısı mənə qarşı idi".
"Son seçkilər üçüncü dünya ölkələrində keçirilən seçkilərə bənzəyirdi", - deyə ABŞ prezidenti əlavə edib.
Tramp, həmçinin bu seçkilərdə qalib gəldiyini də iddia edib.
Lakin Ağ Ev sözçüsü Keyli Məknani verdiyi müsahibədə dolayısı ilə prezident seçkilərində demokratların namizədi Co Baydenin qalib gəldiyini etiraf edib.
ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Mediaların hesablamalarına görə, Co Bayden, Trampın 232 elektoral səsinə qarşı 306 elektoral səs qazanaraq, qalib gəlib.
Donald Tramp-ın hüquq komandası onun məğlubiyyətini qəbul etməkdən imtina edib və seçki pozuntuları və saxtakarlıq dedikləri ilə bağlı bir çox ştatsda məhkəməyə müraciət ediblər, Lakin bu şikayətlər qəbul edilməyib.