Rus idmançılar bütün idman yarışlarında iştirakdan məhrum ediliblər
Dek 18, 2020 11:53 Asia/Baku
Ali İdman Məhkəməsi rusiyalı idmançılara iki il müddətinə bütün idman yarışlarında iştirak etməyi qadağan edib.
SəhərAzəri xəbər verir, Bu məhkəmə Rusiya idmançılarının dopinq rüsvayçılığından sonra bu ölkəyə iki il müddətinə bütün idman tədbirlərində iştirak etməyi qadağan edib.
Qeyd edək ki, Rusiya idmançılarının məhrumiyyəti haqda qərar öncə dörd il müddətinə qəbul edilib, lakin sonradan bu müddət iki ilədək azaldılıbdır.
Beləliklə, Rusiya/ Tokio olimpiya oyunları, futbol üzrə Qətər dünya çempionatı, eləcə də futbol üzrə gənclərin dünya çempionatında iştirakdan məhrum edilibdir.
Əlbəttə, bu ölkə UEFA-nın qanunlarına görə, Avropa yarışlarında iştirak edə bilər.