Dek 18, 2020 18:29 Asia/Baku

Rusiya Prezidenti Vladimir Putin hələ də smartfondan istifadə etmir.

SəhərAzəri-nin TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Komsomolskaya pravda" radiosunun efirində bildirib.

"Onun smartfonu yoxdur, bu, sadəcə mümkün deyil", - deyə o vurğulayıb.

D. Peskov qeyd edib ki, V. Putin internetdən istifadə edir, lakin bunun üçün onun çox vaxtı yoxdur.

Teqlər